Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 6 %-ə yaxın ARTIB

Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 6 %-ə yaxın ARTIB

Hazırda oxunan: Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 6 %-ə yaxın ARTIB
188109
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 6 %-ə yaxın artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5,8 % artaraq 2 milyard 827,4 milyon manat təşkil edib.

Bizim.Media  xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilir ki, bunun 2 milyard 136,9 milyon manatlıq hissəsi hüquqi şəxslərə məxsus olub ki, bu da, xidmətlərin ümumi dəyərinin 75,6 %-ni təşkil edib.

Hesabat dövründə ödənişli xidmətlərin dəyərinin 612,5 milyon manatı dövlət, 2 milyard 214,9 milyon manatı qeyri-dövlət sektorunun payına düşüb.
Üç ayda hər bir ölkə sakini orta hesabla 277,6 manatlıq və yaxud 1 il əvvələ nisbətən 20,2 manat çox dəyərdə müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO