BMT-nin Baş katibi İranın İsrailə hücumunu pislədi

BMT-nin Baş katibi İranın İsrailə hücumunu pislədi

Hazırda oxunan: BMT-nin Baş katibi İranın İsrailə hücumunu pislədi

187063

BMT-nin Baş katibi Antonio Quterreş İranın İsrailə hücumunu pisləyir, hərbi əməliyyatları dərhal dayandırmağa çağırır.

Bizim.Media TASS-a istinadla xəbər verir ki, bu barədə BMT-nin Baş katibi ofisi tərəfindən bəyanat yayılıb.

"Mən İsrailin İran İslam Respublikası tərəfindən məruz qaldığı genişmiqyaslı hücum şəklində ciddi eskalasiyanı qətiyyətlə pisləyirəm. Bu hərbi əməliyyatları dərhal dayandırın.

Regionda dağıdıcı eskalasiyanın real təhlükəsindən dərin narahatam. Mən bütün tərəfləri Yaxın Şərqdə müxtəlif cəbhələrdə böyük hərbi qarşıdurmalara səbəb ola biləcək hər hansı hərəkətdən qaçmaq üçün maksimum təmkinli olmağa çağırıram.

Mən dəfələrlə vurğulamışam ki, nə region, nə də dünya başqa bir müharibəyə tab gətirə bilməz”, - bəyanatda deyilir.


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO