Göyçayda iki qonşunun evi yandı - FOTO/VİDEO

Hazırda oxunan: Göyçayda iki qonşunun evi yandı - FOTO/VİDEO

186432

Göyçayda bir evdə başlayan yanğın qonşunun evini də yandırıb. Yanğın sakinlərə küllü miqdarda maddi ziyan vurub.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Zeynalabdin Tağıyev küçəsində qeydə alınıb.

Belə ki, rayon sakini  73 yaşlı Məmmədov Sakit Məmməd oğluna məxsus ümumi sahəsi 140  kv metr birmərtəbəli beş otaqlı evin iki otağı və evin tavan hissəsi tamamilə yanar konstruksiyaları ilə birlikdə yanıb.

Yanğın zamanı alovun ərazisi böyüyərək qonşuda yaşayan rayon sakini 68 yaşlı Məmmədov Nazir oğlu Məmmədovun evinə də keçib və ümumi sahəsi 300 kv metr birmərtəbəli 6 otaqlı olan evin məxbəx hissəsinin tavanı yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Göyçay rayon Dövlət  Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Yanğın söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb.

Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.
 













Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO