Ayan Vəfanı TANIMADI: "Bu janrda oxuyanlar bir-birinə oxşayır"

Hazırda oxunan: Ayan Vəfanı TANIMADI: "Bu janrda oxuyanlar bir-birinə oxşayır"

185474

Müğənni Ayan Babakişiyeva efirdə həmkarı Vəfa Şərifovanı tanımayıb. 

Bizim.Media xəbər verir ki, müzakirə yaradan anlar sənətçinin qonaq olduğu "Rəngarəng səhər" verilişində baş verib. 

Belə ki, proqramda rəngarəng qutulardan sənət yoldaşlarının şəkillərini çıxaran Ayan aparıcıların onlarla bağlı suallarını cavablandırıb. Vəfanın fotosunu görən Babakişiyeva "Bu kimdir? Onların hamısı bir-birinə oxşayır” deyərək onu tanımadığını bildirib. 

Lakin verilişdə qonaq olan digər ifaçılar şəkildə olan xanımın Vəfa Şərifova olduğunu söyləyiblər. Bundan sonra Ayan Vəfa haqda bunları dilə gətirib: 

"Hə, indi tanıdım. Bu janrda oxuyan müğənnilər bir-birinə oxşayırlar. Qadın olaraq bir dəfə Vəfa Şərifovaya jest etmişəm. O zamanlar onun bir problemi vardı. Onun şəklini sosial şəbəkə hesabımda paylaşaraq haqqında xoş fikirlər bildirmişəm. Janr olaraq ifası haqda heç nə deyə bilmərəm. Bir insan olaraq ola bilər ki, çox yaxşı insandır. Amma bu janrda oxuyan müğənniləri dinləmirəm. Bilirəm ki, Vəfa Şərifova kütlə üçün oxuyur. Amma sevildiyini bilmirəm. Mən onun tərbiyəsinə güvənib şəklini paylaşdım. Onun heç bir mahnısını bilmirəm, çünki qulaq asmıram". 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO