BMT Baş Assambleyası islamofobiya ilə mübarizəyə dair qətnamə qəbul edib - FOTO

BMT Baş Assambleyası islamofobiya ilə mübarizəyə dair qətnamə qəbul edib - FOTO

Hazırda oxunan: BMT Baş Assambleyası islamofobiya ilə mübarizəyə dair qətnamə qəbul edib - FOTO
182809
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

 

 

BMT Baş Assambleyası islamofobiya ilə mübarizədə atılacaq addımlara dair qətnamə qəbul edib.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, Pakistanın BMT-dəki daimi nümayəndəliyinin səsverməyə təqdim etdiyi sənəd 44-ü bitərəf olmaqla 115 səslə keçib.

Azərbaycan da qətnaməni dəstəkləyib və səsvermədə iştirak edərək lehinə səs verib.
Sənəddə son illərdə dünyada artan islamofobiya, dövlət və özəl sferalarda insanlara qarşı dinə və əqidəyə görə zorakılıq hallarının aradan qaldırılmasında bəzi hallarda cəzasızlığın, bəzi hallarda isə cavabdehliyin olmamasından dərin narahatlıq əksini tapıb və maarifləndirmə üçün lazımı səylərin göstərilməsinin vacibliyini vurğulanıb.

Qeyd edək ki, martın 15-nin İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü olması ilk dəfə 2020-ci il noyabrın 27-28-də İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Nigerin Niamey şəhərindəki toplantısında elan olunub. BMT Baş Assambleyası isə 2022-ci ildə martın 15-ni İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü kimi qəbul edib.

BMT Baş Assambleyası islamofobiya ilə mübarizəyə dair qətnamə qəbul edib - FOTO - foto 1
BMT Baş Assambleyası islamofobiya ilə mübarizəyə dair qətnamə qəbul edib - FOTO - foto 2


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO