Sevda Əliqızı: “Burunlarını dik tutub, sənətkarlara salam vermirlər” – VİDEO 

Sevda Əliqızı: “Burunlarını dik tutub, sənətkarlara salam vermirlər” – VİDEO 

Hazırda oxunan: Sevda Əliqızı: “Burunlarını dik tutub, sənətkarlara salam vermirlər” – VİDEO 
180754
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Əməkdar artist Sevda Əliqızı gənc həmkarlarını tənqid edib. 

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “7 tamam” verilişində bildirib ki, gənc ifaçılar sənətkarlarla bir məclisdə olanda özlərini yuxarıdan aparıb, onlara salam vermirlər. 

“İndiki gənc ifaçılar yaşlı nəslin sənət adamlarına hörmətsizlik edirlər. Çox istərdim ki, gənc ifaçılar yaşlı nəslin sənətkarlarına Allahın salamını versinlər. Bu məqamlar da olur. Təbii ki, bunu hamıya şamil etmirəm. İçlərində yaxşıları da var. Bəziləri 2-3 dəfə efirə çıxan kimi burunlarını dik tuturlar. Dik tutmayın, siz də yaşa dolacaqsınız, siz də gəlib bizim zamanımıza çatacaqsınız və sizdən sonra gələnlər sizə qarşı eyni addım atacaqlar”, - deyə Sevda vurğulayıb.  
 


Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO