Kənd Təsərrüfatı Nazirliyinə yeni vəzifələr HƏVALƏ EDİLİB

Hazırda oxunan: Kənd Təsərrüfatı Nazirliyinə yeni vəzifələr HƏVALƏ EDİLİB

178203

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin kənd təsərrüfatı texnikası sahəsində dövlət nəzarətini həyata keçirən işçilərinin xüsusi geyim formasının, fərqlənmə nişanlarının təsviri və təchizat normasının və kənd təsərrüfatı texnikası sahəsində dövlət nəzarətinin həyata keçirilməsi üçün zəruri olan nəzarət-ölçü cihazlarının və digər xüsusi vasitələrin siyahısı təsdiq edilib.

Bizim.Media xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, Kənd Təsərrüfatı Nazirliyi iki ay müddətində xüsusi geyim formasının daşınması qaydalarını təsdiq etməlidir.

Bununla yanaşı, Maliyyə Nazirliyi ilə razılaşdırılmış formaya uyğun olaraq bu Qərarla təsdiq edilmiş 2 normalar üzrə təminatın cari il dekabrın 31-i vəziyyətinə dair hesabatı növbəti il fevralın 15-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməlidir.
Kənd Təsərrüfatı Nazirliyi bu Qərardan irəli gələn digər məsələləri həll etməlidir. 

Həmçinin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin kənd təsərrüfatı texnikası sahəsində dövlət nəzarətini həyata keçirən işçilərinin xüsusi geyim forması, fərqlənmə nişanları, nəzarət-ölçü cihazları və digər xüsusi vasitələr ilə təminatı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin büdcədənkənar vəsaiti hesabına həyata keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO