Sevda Sanaliyeva: “Həkimlər diaqnoz qoydular ki, sonsuzam

Sevda Sanaliyeva: “Həkimlər diaqnoz qoydular ki, sonsuzam" – VİDEO 

Hazırda oxunan: Sevda Sanaliyeva: “Həkimlər diaqnoz qoydular ki, sonsuzam" – VİDEO 
176682
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Anama görə ailə qura bilməzdim. Çünki ona mən baxırdım, xəstə idi. Gərək, ailə qursam, sənəti atardım, bütün yük də həyat yoldaşımın üstünə düşəcəkdi. Bunu isə istəmirdim. Həm də həkimlər diaqnoz qoymuşdular ki, sonsuzsan, övladın olmayacaq. Tək Azərbaycanda yox, Rusiyada, Türkiyədə də eyni diaqnoz qoyulmuşdu". 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Sevda Sanaliyeva qonaq olduğu "Tarixin bir günü" verilişində deyib. 

Sənətçi bildirib ki, həkimlər ona səhv diaqnoz qoyub: 

"Çox müalicə aldım, xeyrini görmürdüm. Dedilər ki, sonsuzsan, müalicə etmə. Müalicəni atdım və iki övladım dünyaya gəldi. 33 yaşında ailə qurdum. İndi böyük övladımın 9 yaşı var". 
Qeyd edək ki, Sevda iki dəfə ailəli olub və ayrılıb. Onun bir qız və bir oğlan övladı var. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO