Selin Dion “Qremmi” gecəsində səhnəyə çıxdı - FOTO/VİDEO 

Selin Dion “Qremmi” gecəsində səhnəyə çıxdı - FOTO/VİDEO 

Hazırda oxunan: Selin Dion “Qremmi” gecəsində səhnəyə çıxdı - FOTO/VİDEO 

176628

Sağalmaz xəstəlikdən əziyyət çəkən dünya şöhrətli müğənni Selin Dion səhhətində yaranan problemlər fonunda 3 aydan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb. 

Bizim.Media xəbər verir ki, ulduz Los-Ancelesdə keçirilən sayca 66-cı nüfuzlu “Qremmi” mükafat gecəsinə gəlib. 

55 yaşlı müğənni ilk dəfə 27 il əvvəl aldığı “İlin Albomu” kateqoriyasında qalibi elan etmək üçün səhnəyə çıxıb. 

Bu il mükafatı rekordlara imza atan dünya pop musiqisinin ulduzu Taylor Svift alıb. Selin Dionun səhnəyə çıxması tamaşaçılar və qonaqlar tərəfindən coşqu və gurultulu alqışlarla qarşılanıb. 

Selin səhnədən “Hamınıza təşəkkür edirəm, sizi sevirəm. Burada olmaqdan xoşbəxtəm deyəndə, həqiqətən də bunu ürəkdən deyirəm” sözlərini dilə gətirib. 

Qeyd edək ki, ötən ilin sonunda Selin Dionda sağalmaz sərt əzələ sindromu diaqnozu qoyulmuşdu. Müğənninin bacısının sözlərinə görə, Selin Dion əvvəllər əzələlərinə nəzarəti itirib.
Eyni zamanda, Dion əlil arabasından istifadə etməkdən imtina edib. Müğənni həqiqətən səhnəyə qayıtmaq istəyir və bunu mümkün etmək üçün isə o, hər şeyi etməyə çalışır. Selin 5 dəfə “Qremmi” mükafatına layiq görülüb. O bu mükafatı ilk dəfə 1992-ci ildə alıb. 
 





Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO