Azərbaycan çempionatında 8-ci tura yekun vurulub

Azərbaycan çempionatında 8-ci tura yekun vurulub

Hazırda oxunan: Azərbaycan çempionatında 8-ci tura yekun vurulub
175681
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Həndbol üzrə Azərbaycan çempionatında 8-ci tura yekun vurulub.

Bizim.Media xəbər verir ki, qadınların yarışında liderlər növbəti qələbələrini qazanıblar.

“Qarabağ” “Gənclər Birliyi”ni (39:10), “Azəryol” isə “İdman Akademiyası”nı (40:17) asanlıqla məğlub ediblər. Bir gün əvvəl keçirilən matçda “Kür” “Bakı”dan (44:12) güclü olmuşdu. Bu nəticələrdən sonra “Qarabağ” 14 xalla turnir cədvəlinə başçılıq edir. “Azəryol”un 13, “Kür”ün 11 xalı var. “İdman Akademiyası” ilə “Bakı” hərəyə 6 xalla 4-5-ci yerləri bölüşdürürlər. Autsayder “Gənclər Birliyi” hələ ki, xal qazana bilməyib.

Kişilərin mübarizəsində tura “Dinamo” – “İdman Akademiyası” qarşılaşması ilə yekun vurulub. “AHF Arena”da baş tutan görüşdə qalib müəyyənləşməyib – 26:26. Buna qədər isə “Kür” “Təhsil”i 40:22, “Azəryol” “Qarabağ”ı 36:29 hesabı ilə məğlub etmişdi.Hesabında 14 xal olan “Kür” turnir cədvəlinə başçılıq edir. “Azəryol” liderdən 4 xal geri qalır. “Bakı” və “Qarabağ”ın hərəyə 8, “Dinamo” ilə “İdman Akademiyası”nın 3 xalı var. “Təhsil” 2 xalla sonuncudur.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO