Cavanşir ləhcə ilə muğam oxuyan xanəndələri “yıxıb-sürüdü” – VİDEO 

Cavanşir ləhcə ilə muğam oxuyan xanəndələri “yıxıb-sürüdü” – VİDEO 

Hazırda oxunan: Cavanşir ləhcə ilə muğam oxuyan xanəndələri “yıxıb-sürüdü” – VİDEO 
174861
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Konservatoriyada dərs demirəm. Amma iradımı muğam ifaçılarına bildirməliyəm. Yaşlı sənətkarımız ədəbi dilə diqqət etməlidir. Muğamları regionlara bölüblər. Bu, Şirvan, bu, Naxçıvan, bu, cənub, bu, filan tərəfdir. Muğamı ədəbi dillə oxumaq lazımdır”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov qonaq olduğu “Tarixin bir günü” verilişində deyib. 

Sənətkar ləhcə ilə muğam oxuyan xanəndələri sərt şəkildə tənqid edib: 

“Sən deyirsən ki, “Eşqin, məhəbbətin düşüb canıma... Qara göz yaşını, sil “qadoooy” alım”. O zaman sən ədəbiyyat dərsindən “2” almalı idin. Gedək jurnala baxaq, görək, sən ədəbiyyatdan neçə almısan? “Qadoooy” alım nə deməkdir? Mənim cəsarətim çatı,  ad çəkməyə, sadəcə dostlarımdır. Hər şey etmək olar. Ona görə insanı “tutmurlar”. Amma “tutmaq” olar. Məsələn, 5 kiloqram yağ alırsan, 200 qramını sənə əskik verirlər. Bunu etdiyinə görə isə sənə 2 il iş verirlər. Sən mənim ədəbiyyat dilimi niyə düzgün təhvil vermirsən? Kim olursa, olsun, mənə heç bir fərqi yoxdur. Mən Azərbaycan musiqisinə xidmət edirəm. Sən bu mahnıları beş dəfə belə oxusan səni bağışlamaram”. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO