Aybəniz Haşımova: “Dövlətimi və millətimi utandıran insan olmadım” - FOTO

Aybəniz Haşımova: “Dövlətimi və millətimi utandıran insan olmadım” - FOTO

Hazırda oxunan: Aybəniz Haşımova: “Dövlətimi və millətimi utandıran insan olmadım” - FOTO
171737
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Siz özünüz də yaşa dolursunuz axı... Təki, siz də yaşa dola bilin, gənc, gözəl, təravətli, istəkli, sevimli olun və heç vaxt insanları, sənətkarları yaşlarıyla yox, sənətinin zirvəsi ilə onun dəyərində dəyərləndirib, layiq olduğu dəyərdə işıqlandırmagı bacarın”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımova sosial şəbəkə hesabında paylaşdığı postda yazıb. 

Sənətçi ad çəkmədən Azərbaycan Televiziyasının (AzTV) Yeni il bayram şousunda iştirak edən Xalq artisti Zeynəb Xanlarovanın görünüşünü və çıxışını tənqid edən sosial şəbəkə əhlini qınayıb: 

“Bəziləri yazıllar filan yaşda olan mügənni oxudu. Peşmansan bir konsertdə insanlarla yan-yana durub şəkil cəkdirəsən. O saat tez qaçaraq özündən səhv qoşub yazır... Bilmirsən səni cox sevdiyindən, ya, hədsiz nifrətindən, ya da bilmirəm niyə belə günahları boynuna yazıb, insanları da, səhf düşünməyə yönəldirlər. Tək özləri deyil, çoxlarını öz günahlarının oduna yandırırlar. Allah tez bir zamanda insanları günahlardan hifz etsin. Başqa nə deyə bilərəm?!” 

Haşımova cəmiyyətdə onun adından istifadə edərək xoş olmayan fikirlər səsləndirən bir sıra şəxsə xəbərdarlıq ünvanlayıb: 

“Bilin ki, şəxşən öz dilimdən eşitmədiyinizi, heç bir kəsin dediyinə, qoşduguna inanmayın. Həyatımda, qorxudan dilə gətirilə bilməyəcək heç nəyi heç vaxt etməmişəm, etmirəm, etmərəm də. Amma, hansısa addımı atmalı olsam, mütləq deyəcəm. Siz də, alqışlayacaqsınız. Çünki, nə millətimi, nə dövlətimi, nə ailəmi nə də ki, sevdiklərimi utandıran insan olmadım. Siz demiş 55 yaşdan sonra da olmaram”. 

Aybəniz Haşımova: “Dövlətimi və millətimi utandıran insan olmadım” - FOTO - foto 1

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO