Ceyhun Bayramovla Hakan Fidan arasında geniştərkibli görüş keçirildi – YENİLƏNİB/FOTO  

Hazırda oxunan: Ceyhun Bayramovla Hakan Fidan arasında geniştərkibli görüş keçirildi – YENİLƏNİB/FOTO  

168996

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında geniş tərkibdə görüş keçirilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" hesabında paylaşım edilib. 

Bildirilib ki, Azərbaycan-Türkiyə arasında qardaşlıq, dostluq və həmrəyliyə əsaslanan ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin perspektivləri müzakirə olunub. 

Hazırda nazirlər birgə mətbuat konfransı keçirirlər. 


***13:53

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında təkbətək görüş başlayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" hesabında paylaşım edilib. 

***13:32

Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun türkiyəli həmkarı Hakan Fidanla görüşü başlayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. 

Bildirilib ki, C.Bayramov H.Fidanı nazirliyin binası önündə qarşılayıb. 
Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycanda rəsmi səfərdədir. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO