Bu gün AVRO-2024-ün püşkatma mərasimi KEÇİRİLƏCƏK 

Bu gün AVRO-2024-ün püşkatma mərasimi KEÇİRİLƏCƏK 

Hazırda oxunan: Bu gün AVRO-2024-ün püşkatma mərasimi KEÇİRİLƏCƏK 

167127

Bu gün AVRO-2024-ün final mərhələsinin püşkatması baş tutacaq.  

Bizim.Media xəbər verir ki, Almaniyanın ev sahibliyi edəcək turnirin püşkatması Hamburqda keçiriləcək.

Tədbirə saat 21:00-da start veriləcək. 

Püşkatmada 21 milli komanda iştirak edəcək. Avropa çempionatına yollanacaq son üç komandanın adı isə pley-off görüşlərindən sonra dəqiqləşəcək. Həmin komandalar A, B və C yolundan gələcək yığmalardır və onlar 4-cü səbətdə yer alacaqlar.

AVRO-2024

1-ci Səbət: Almaniya, Portuqaliya, Fransa, İspaniya, Belçika, İngiltərə

2-ci Səbət: Macarıstan, Türkiyə, Rumıniya, Danimarka, Albaniya, Avstriya

3-cü Səbət: Niderland, Şotlandiya, Xorvatiya, Sloveniya, Slovakiya, Çexiya

4-cü Səbət: İtaliya, Serbiya, İsveçrə, A Yolunda pley-off qalibi, B Yolunda pley-off qalibi, C Yolunda pley-off qalibi Avropa çempionatı 14 iyun-14 iyulda Almaniyanın 10 şəhərində təşkil ediləcək.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO