Həbsdə olan Rəşad Dağlıdan xanımına ad günü SÜRPRİZİ - VİDEO

Hazırda oxunan: Həbsdə olan Rəşad Dağlıdan xanımına ad günü SÜRPRİZİ - VİDEO

166284

Hazırda həbsxanada olan meyxanaçı Rəşad Dağlının oğlu Yusif atası ilə bağlı paylaşım edib.  

Bizim.Media xəbər verir ki, söz xiridarının oğlu, anasının doğum günü olduğunu bildirib. 

Yusif paylaşımına “Ad günün mübarək, əziz anam. Artıq ikinci doğum günündür ki, atamın göndərdiyi çiçəklər gəlir, özü gələ bilməsə də” sözlərini yazıb. 

Qeyd edək ki, Rəşad Dağlı qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi avtomobilində bıçaqla qətlə yetirib.
Hadisə 2022-ci il noyabrın 9-da baş verib. Rəşad Dağlıya qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ittiham irəli sürülüb, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO