
- A-
- A
- A+
“10 noyabr bəyanatının 4-cü bəndi yerinə yetirilmir” - Erməni ordusu hələ də Azərbaycandadır
“Azərbaycan bütün hərbi əsirləri təhvil verib. Lakin 10 noyabr bəyannaməsinin 4-cü bəndinə əsasən bütün erməni hərbi birləşmələri Azərbaycan ərazisindən çıxarılmalıdır və bu müddəa hələ də yerinə yetirilməyib”.
Bizim.Media-nın məlumatına görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.
MÖVZU İLƏ BAĞLI:
Ermənistan partizan döyüşlərinə hazırlaşır? – Politoloq yeni hərbi təlimlərdən danışdı
O qeyd edib ki, sözügedən bəndin başqa bir izahı yoxdur:
“Qarabağın Rusiya sülhməramlılarının yerləşdirildiyi hissəsi beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazisidir. Erməni hərbçilər məsələsi ilə bağlı danışıqlar aparılır və müsbət nəticələr əldə edilərsə, o zaman Azərbaycan da xoşməramlı digər addımların mümkünlüyünü nəzərdən keçirə bilər”.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































