
- A-
- A
- A+
TÜBİTAK: “Azərbaycanla əməkdaşlıqda maraqlıyıq” – ÖZƏL/VİDEO
“Kosmosla bağlı müxtəlif istiqamətlərdə fəaliyyət göstəririk. Aprel ayında fəzaya müşahidə peyki göndərmişik. Bu ilin sonunda onun testlərini tamamlayıb xidmətə alacağıq”.
Bu fikirləri Bizim.Media-ya müsahibəsində Türkiyənin TÜBİTAK Kosmik Texnologiyalar Tədqiqat İnstitutunun direktoru Mesut Gökten deyib.
TÜBİTAK-ın kosmos sahəsində bir çox yeniliklərə imza atdığına diqqət çəkən Gökten Azərbaycanla əməkdaşlıq edəcəklərinin də anonsunu verib.
“Hazırda TÜRKSAT 6 A peykini inkişaf etdiririk. 2024-cü ilin ilk yarısında kosmosa göndərməyi düşünürük. Azərbaycanla da müzakirələrimiz davam edir. Bir neçə aydır ki, danışıqlar geniş vüsət alıb.
Xüsusən nəzarət təcrübələri ilə bağlı birlikdə çalışmaq planlarımız var. Biz kosmosla bağlı bir çox sahədə fəaliyyət göstəririk. Bu istiqamətlərdə də Azərbaycanla işbirliyini genişləndirməyi çox istəyirik”, - deyə M.Gökten əlavə edib.
Daha ətraflı videoda:
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































