
- A-
- A
- A+
Böyük Dəbilqə: 10 cüdoçumuz mübarizəyə BAŞLAYIR
Bakıda keçirilən cüdo üzrə Böyük Dəbilqə turniri davam edir.
Bizim.Media xəbər verir ki, bu gün daha 4 çəki dərəcəsində mübarizəyə start veriləcək.
Milli Gimnastika Arenasında təşkil olunan yarışda Azərbaycan millisinin 10 üzvü ümumilikdə üç çəkidə çıxış edəcək.
Kişilər
73 kq
Hidayət Heydərov - Askar Narkulov (Qazaxıstan)
Telman Vəliyev - Faye Njie (Qambiya)
Nurlan Osmanov - Dioqo Sesar (Qvineya Bissau)
Rəşid Məmmədəliyev - Benjamin Axus (Fransa)
81 kq
Məmmədrza Hacızadə - Arnaud Areqba (Fransa)/Məhəmməd Rebahi (Qətər) cütünün qalibi
Elcan Şəfiyev - Antonio Espozito (İtaliya)/Hrafn Arnarsson (İslandiya) cütünün qalibi
Zelim Tçkayev - Aleks Barto (Slovakiya)
Məhərrəm İmamverdiyev - Aibol Nussanali (Qazaxıstan)
Qadınlar
70 kq
Günel Həsənli - Eliza Vroblevska (Polşa)
Südabə Ağayeva - Darya Kramoykina (İJF)
Qeyd edək ki, ötən gün kişilər arasında Yaşar Nəcəfov (66 kq) qızıl, qadınların mübarizəsində isə Leyla Əliyeva (48 kq) gümüş medal qazanıb.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































