
- A-
- A
- A+
Bakı-Şamaxı-Yevlax yolunu su basdı, yüzlərlə avtomobil yolda qaldı - FOTO/VİDEO
Bu gün İsmayıllı rayonuna yağan güclü leysan yağışından sonra dağlardan gələn sel suları Göyçay rayonunda fəsadlara səbəb olub.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, bu gün saat 17:30 radələrində Göyçayın Qaraməryəm kəndini sel basıb, evlər, obyektlər su altında qalıb.
Dağlıq ərazidə yerləşən Qaraməryəm kəndi ərazisindəki xırda balıqçılıq göllərinin daşması nəticəsində sel suları Bakı-Şamaxı-Yevlax yolunu bağlayıb.
Magistral yolda nəqliyyatın hərəkəti yarım saatdan çox dayanıb. Yüzlərlə avtomobil yolda qalıb. Bir neçə avtomobil yoldakı qalın lil qatında batıb, sel sularının təsiri nəticəsində 3 avtomobilə ziyan dəyib.
Hazırda yolun lildən təmizlənməsi və nəqliyyatın hərəkətinin təmin olunması üçün işlər görülür.






Bizim.Media, Aran bürosu
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































