Zaqatalada qadın və uşaqlara qarşı zorakılıq halları müzakirə edildi - FOTO

Zaqatalada qadın və uşaqlara qarşı zorakılıq halları müzakirə edildi - FOTO

Hazırda oxunan: Zaqatalada qadın və uşaqlara qarşı zorakılıq halları müzakirə edildi - FOTO

151565

Zaqatala rayon Uşaq və Ailələrə Dəstək Mərkəzində “Qadınlara və uşaqlara qarşı zorakılıq halları ilə mübarizədə icma potensialının gücləndirilməsi” adlı sosial maarifləndirmə tədbiri keçirilib. 

Bu barədə Bizim.Media-nın yerli bürosuna rayon icra hakimiyyətindən məlumat verilib.

Görüşdə layihənin əsas məqsədinin qadınlara və uşaqlara qarşı zorakılıq hallarına qarşı dözümsüz mühit və yanaşma, fərdlər və ictimaiyyət səviyyəsində ictimai müqavimətin formalaşmasına nail olmaqdan ibarət olması barədə müzakirələr aparılıb.

Çıxışlarda qadına və uşaqlara qarşı zorakılıq hallarının bütün dünyada insan hüquqlarının ən geniş yayılmış pozuntularından biri kimi qəbul edildiyi qeyd edilib, bu işin həyata keçirilməsində mövcud durum, bu sahədə beynəlxalq təcrübə və ölkə qanunvericiliyi barədə tədbir iştirakçılarına məlumat verilib. 

Hüquqşünas Ağamirzə Bağırov tədbiri davam etdirərək zorakılığın formalarından, zorakılığın tipologiyasından, mühafizə orderlərindən, hüquqi müdafiə mexanizmlərindən və qanunvericilikdə, siyasət və təcrübələrdəki müsbət irəliləyişlərdən danışıb. 
Tədbirdə Zaqatala rayon İcra Hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanların işləri və hüquqları üzrə Müdafiəsi Komissiyasının əməkdaşı Vaqif Abdullayev, Zaqatala rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Cövhərət İbrahimova, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Şimal-Qərb Regional Mərkəzinin rəhbəri Pərviz Məmmədov, Zaqatala rayon Polis İdarəsinin əməkdaşı Sənan Tarverdiyev, Zaqatala şəhər nümayəndəliyi, bələdiyyə sədrləri, kənd və qəsəbə nümayəndələri, mərkəz rəhbərləri, psixoloqlar, və digər icma nümayəndələri çıxış ediblər. 

Sonda maarifləndirici tədbirlərin iştirakçılarına “Qadın və uşaqlara qarşı zorakılığın mənfi təsirləri və zorakılıq hallarına qarşı hüquqi müdafiə - İcma üçün Bələdçi” nəşrləri paylanılıb. 




Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO