Albaniyalı nümayəndə: Söhbət humanitar məsələdən gedirsə, Xankəndi - Ağdam yolunu nəzərdən keçirmək olar

Albaniyalı nümayəndə: Söhbət humanitar məsələdən gedirsə, Xankəndi - Ağdam yolunu nəzərdən keçirmək olar

Hazırda oxunan: Albaniyalı nümayəndə: Söhbət humanitar məsələdən gedirsə, Xankəndi - Ağdam yolunu nəzərdən keçirmək olar
151155
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi  hazırda BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı təcili  iclası keçirilir.

Bizim.Media xəbər verir ki, Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutan iclasda Albaniyanın BMT-dəki daimi nümayəndəsi Fərid Hoca çıxış edib. 
 

MÖVZU İLƏ BAĞLI:

BMT Təhlükəsizlik Şurası Qarabağdakı vəziyyətlə bağlı təcili iclas KEÇİRİR - CANLI 


O bildirib ki, Bakı və İrəvanın danışıqlara sadiqliyini alqışlayır və Zəngəzur dəhlizi istiqamətində dəmir yolunun tikintisinin vacibliyini qeyd edib:

“Mayın əvvəlində ABŞ-də baş tutan sülh danışıqlarından sonra Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin aktivləşməsini alqışlayırıq”. 

Albaniya nümayəndəsi qeyd edib ki, Laçın dəhlizi çətin yoldan gedir və Ağdam - Xankəndi yolu daha rahatdır:

“Humanitar tələbatlar siyasiləşdirilməməli və digər məsələlərin çözümü üçün sui-istifadə olunmamalıdır. Humanitar tələbatlar hər yerdə, həmçinin Qarabağ regionunda təmin olunmalıdır... Fikrimizcə, söhbət humanitar məsələdən gedirsə, mümkün olan hər şeyi, bütün variantları nəzərdən keçirmək lazımdır. Bura digər yollar, həmçinin təklif olunan Xankəndi – Ağdam yolu da daxildir”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO