“Qırmızı Xaç” Vaqif Xaçaturyanla bağlı açıqlama yaydı

“Qırmızı Xaç” Vaqif Xaçaturyanla bağlı açıqlama yaydı

Hazırda oxunan: “Qırmızı Xaç” Vaqif Xaçaturyanla bağlı açıqlama yaydı
148602
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Vaqif Xaçaturyanın ailəsi ilə əlaqə saxlayır və ən qısa zamanda ona baş çəkəcək.

Bizim.Media erməni mediasına istinadən bildirir ki, bu barədə BQXK-nin yaydığı açıqlamada deyilir.

Komitə ötən gün Laçın sərhəd keçid məntəqəsində Azərbaycanın müvafiq qurumları tərəfindən saxlanan cani V.Xaçaturyanla əlaqədar müraciətlərə cavab olaraq qeyd edib ki, bir nəfərin Azərbaycan sərhədçiləri tərəfindən saxlanması ilə bağlı insident Qarabağdan Ermənistana 15 xəstənin daşınması zamanı baş verib.
“2022-ci ilin dekabr ayından Laçın dəhlizi ilə 680 xəstə daşınıb. Biz şəffaf şəkildə, hər iki tərəflə əməkdaşlıq və koordinasiya şəraitində işləyirik. Biz bütün qərar qəbul edənləri bu sırf humanitar missiyaya hörmətlə yanaşmağa çağırırıq", deyə BQXK-nin açıqlamasında bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO