Türkiyə və İtaliya Avro-2032-yə ev sahibliyinə birgə namizəd oldular

Türkiyə və İtaliya Avro-2032-yə ev sahibliyinə birgə namizəd oldular

Hazırda oxunan: Türkiyə və İtaliya Avro-2032-yə ev sahibliyinə birgə namizəd oldular
148422
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İtaliya Futbol Federasiyası (FIGC) və Türkiyə Futbol Federasiyasının (TFF) Avro-2032-yə ev sahibliyi etmək üçün birgə ərizə təqdim edib. 

Bizim.Media xəbər verir ki, bu barədə UEFA-nın saytı məlumat yayıb.  

Bildirilib ki, fərdi təkliflərin birləşdirilməsi tələbi hər iki federasiyadan gəlib. Bundan əvvəl Türkiyə iki  2028 və ya 2032-ci ildə Avropa çempionatına, İtaliya isə 2032-ci il Avropa Çempionatına ev sahibliyi üçün namizədliyini irəli sürmüşdü. 
İngiltərə, Şimali İrlandiya, İrlandiya, Şotlandiya və Uels AVRO-2028-ə ev sahibliyi etmək üçün birgə ərizə təqdim ediblər. 

“UEFA FIGC və TFF ilə birgə tender üçün təqdim olunacaq sənədlərin müsabiqənin tələblərinə uyğun olmasını təmin etmək üçün işə başlayacaq. 

Əgər birgə təklif həqiqətən də bütün tələblərə cavab verərsə, o, UEFA İcraiyyə Komitəsinə oktyabrın 10-da keçiriləcək və Avro 2028 və 2032-ci illərin ev sahiblərinin müəyyənləşəcəyi iclasda təqdim olunacaq. Məkanlar və matçların təqvimi ilə bağlı qərarlar sonrakı mərhələdə veriləcək” deyə UEFA-nın açıqlamasında bildirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO