Balakəndə Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan turnir KEÇİRİLDİ – FOTO  

Balakəndə Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan turnir KEÇİRİLDİ – FOTO  

Hazırda oxunan: Balakəndə Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan turnir KEÇİRİLDİ – FOTO  
148159
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Balakəndə “ASAN xidmət” könüllüləri arasında “Şah Mat” turniri keçirilib. Rayon Olimpiya İdman Kompleksində keçirilən turnir Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, turnirin təşkilatçısı rayon Uşaq Gənclər İdman Şahmat Məktəbidir. 

Turnirin hakimləri və idarəçiləri də məhz bu məktəbin kollektivi olub. Qeyd edilib ki, Balakən “ASAN xidmət” mərkəzində hər il onlarla yeniyetmə və gənc təlim və kurslara qatılır, müxtəlif tədbirlərdə iştirak edir.

Bu dəfə onlar öz intellektual bacarıqlarını “Şah Mat” turnirində sınamaqla daha bir müsbət keyfiyyətlərini ortaya qoymuş olublar. İki gün davam edən yarışdan sonra qalibləri mükafatlandırma mərasimində o da diqqətə çatdırılıb ki, turnir iştirakçılar tərəfindən maraqla qarşılanıb və gələcək illərdə də keçirilməsinə qərar verilib.

Daha sonra qalib şahmatçıların Balakən “ASAN xidmət” mərkəzi və Şəki-Zaqatala regional Gənclər və İdman İdarəsi rəhbərlərinin iştirakı ilə mükafatlandırma mərasimi keçirilib.

1-3 cü yerin sahiblərinə Balakən “ASAN xidmət” mərkəzinin xatirə kubok və diplomları verilib, turnir iştirakçılarının hər biri isə təşəkkürnamə ilə təltif olunub. 

Balakəndə Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan turnir KEÇİRİLDİ – FOTO   - foto 1
Balakəndə Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan turnir KEÇİRİLDİ – FOTO   - foto 2
Balakəndə Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan turnir KEÇİRİLDİ – FOTO   - foto 3
Balakəndə Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan turnir KEÇİRİLDİ – FOTO   - foto 4
Balakəndə Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan turnir KEÇİRİLDİ – FOTO   - foto 5

Tural Rasim oğlu, Bizim,Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO