Rusiyaya əl uzadan Paşinyan Qərbin EDAM KÜRSÜSÜNDƏ – Sanksiyalar İrəvanın QAPISINI DÖYÜR

Rusiyaya əl uzadan Paşinyan Qərbin EDAM KÜRSÜSÜNDƏ – Sanksiyalar İrəvanın QAPISINI DÖYÜR

Hazırda oxunan: Rusiyaya əl uzadan Paşinyan Qərbin EDAM KÜRSÜSÜNDƏ – Sanksiyalar İrəvanın QAPISINI DÖYÜR

147015

Ermənistan yenə də ikibaşlı oyun oynamaqda davam edir. Bu ölkə bir tərəfdən, özünün Qərbə inteqrasiya etdiyini bəyan edir, digər tərəfdən isə Rusiyaya Qərbin sanksiyalarından yayınmaqda kömək edir. 

İngiltərənin “Financial Times” nəşrinin yazdığına görə, Ermənistan Rusiya üçün sanksiyalar altında olan malların ixrac məntəqəsi olub. Bu əsasda da nəşrin yazdığına görə, Qərb Ermənistanı Rusiyanın ixrac məntəqəsi elan edib.
Nüfuzlu Britaniya qəzeti qeyd edir ki, Ermənistan avtomobil istehsalçısı deyil, lakin bu kiçik ölkədən Rusiyaya avtomobil ixracı Ukraynanın işğalından sonra artıb: 2022-ci ilin yanvarında 800 min dollar dəyərində avtomobildən bu ilin eyni ayında 180 milyon dollar dəyərində avtomobilə qədər.
 

MÖVZU İLƏ BAĞLI:

Erməni deputatdan Paşinyana ittiham: “Digər ərazilərimizi də verməyə hazırdır”


Rusiyada bütün avtosalonlar bağlanıb, BMW, Audi və digər məşhur avtomobil markalarının Rusiya bazarına girişi yasaqdır. Bununla belə, Gümrü gömrük terminalından onlarla avtobilin son dayanacağı məhz Rusiyadır.

“Rusiyaya təkrar ixrac” adı ilə Ermənistandan Rusiyaya digər malların ixracı da artıb və bu, 2022-ci ildə 2 qat həcmə çatıb.

Ermənistanda 2022-ci ildə ümumdaxili məhsul (ÜDM) rekord həcmdə, 13 faizə qədər artıb. Lakin bu Qərbin diqqətindən yayınmayıb. Onun nəticəsidir ki, hələ martda ABŞ rəsmiləri Ermənistanı Rusiyaya “qadağan olunmuş malları qaçaqmalçılıq yolu ilə keçirən” dövlətlər sırasına daxil edib. Nəticədə bir sıra erməni şirkətləri Qərbin sanksiyalarına tuş gəlib. 

Amma buna baxmayaraq, görünən odur ki, Ermənistan yenə də Rusiyaya sanksiyalardan yayınmaqda kömək etməkdə davam edir. Belə vəziyyət isə sonda Qərbin sanksiyalarının birbaşa Ermənisitan dövlətinin özünə yönəldiləcəyini düşünməyə əsas verir. Paşinyan görünür bu dəfə cəzalardan qurtula bilməyəcək. 

Bizim.Media-ya açıqlama verən politoloq Cümşüd Nuriyevin fikrincə, Rusiya məsələsilə bağlı olaraq Paşinyan hökumətinə qarşı Qərbin sanksiyalar tətbiq edəcəyi bir qədər inandırıcı görünmür: 

“Ermənistana sanksiyalar çoxdan tətbiq olunmalı idi. Amma Qərb təəssüf ki, bu günə qədər də Ermənistana münasibətdə ikili standartlardan yanaşır. Azərbaycan və Türkiyə ilə bağlı olanda Qərb bizləri hər şeydə ittiham edir. Amma Ermənistan məsələsi ortaya gələndə xristian həmrəyliyi gündəmə atılır. Ermənistan hər zaman Rusiyanın vassalı olub və olmaqda davam edəcək. İrəvan nəinki Rusiyaya sanksiyalardan yayınmaqda kömək edir, həmçinin Tehranla Moskva arasında körpü rolunda da çıxış edir. 

Bu mənada Ermənistan başa düşməlidir ki, ona qarşı yönələn sanksiyalar arta bilər. Lakin Fransa və ABŞ-ın təzyiqilə bu addıma getmirlər. Fransanın özünün pərdəarxası hər cür əlaqələri davam edir. Rusiyanın bütün biznesi Fransadadır. Ona görə də Qərbin Ermənistan dövlətinə sanksiya tətbiq edəcəyinə inanmıram.
Paris buna imkan verməyəcək. Digər Qərb dövlətləri də bu məsələyə ikili standartlardan yanaşır. Düzdür, Azərbaycan qısa müddətdə Ermənistanın Avropadakı dayaqlarını xeyli sarsıtmağa nail olub. Amma bu dayaqları tam sarsıtmaq üçün daha bir qədər vaxt lazımdır”.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO