Ərdoğan: “Terrorla arasına məsafə qoya bilməyən dövlət NATO-nun üzvü ola bilməz”

Hazırda oxunan: Ərdoğan: “Terrorla arasına məsafə qoya bilməyən dövlət NATO-nun üzvü ola bilməz”

145137

“Biz tarix boyu kimsənin malına, mülkünə zərər vermədik, namusuna əl uzatmadıq, məsum insanların canına qıymadıq. Cənubi Koreyadan Əfqanıstana qədər bir çox yerlərdə övladlarımızı şəhid verdik.

Bu reallıqlar ortada olduğu halda, ölkəmizə qarşı aparılan kampaniyaları şiddətlə qınayırıq. Eyni zamanda, NATO-ya verdiyimiz töhfələr müqabilində, üzvü olduğumuz bu alyansın gələcəyi üçün narahatıq. Terrorla demokratiya, terrorla təhlükəsizlik və insanlıq bir araya sığmaz”. 

Bizim.Media Anadolu agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Müdafiə Universitetinin məzunlarının buraxılış mərasimində deyib. 

Ərdoğan qeyd edib ki, NATO-nun genişləndirilməsi kontekstində Türkiyə Finlandiyanın alyansa üzvlüyünü dəstəkləyib, lakin terrorçuları himayə edənlərə də etirazını bildirib. Onun sözlərinə görə, terrorla arasına məsafə qoya bilməyən dövlət NATO-nun üzvü ola bilməz.  
“Gələn həftə Vilnüsdə keçiriləcək Zirvə görüşündə bu məsələləri təkrarən üzv dövlətlərin diqqətinə çatdıracağıq. Ölkəmiz və millətimiz üçün xeyirli olan nədirsə, onu həyata keçirəcəyik”, -deyə Türkiyə Prezidenti vurğulayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO