XƏBƏRDARLIQ: Gələn həftə hava kəskin dəyişəcək

XƏBƏRDARLIQ: Gələn həftə hava kəskin dəyişəcək

Hazırda oxunan: XƏBƏRDARLIQ: Gələn həftə hava kəskin dəyişəcək

145130

İyulun 10-u səhərdən 11-i axşamadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, sürətinin saniyədə 15-20 metr olacağı, iyulun 10-da bəzi yerlərdə arabir 23-25 metrədək güclənəcəyi gözlənilir. 

Bu barədə Bizim.Media-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat yayılıb. 

Məlumata görə, iyulun 8-də günün ikinci yarısından 10-u axşamadək bəzi şimal və qərb rayonlarında fasilələrlə yağış yağacağı, şimşək çaxacağı proqnozlaşdırılır.

Əsasən Gəncə-Qazax, Daşkəsən-Gədəbəy, Balakən-Şəki bölgələrinin bəzi yerlərində yağıntıların leysan xarakterli, intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. 

İyulun 11-dək bəzi yerlərdə şərq küləyinin sürətinin arabir saniyədə 15-20 metr olacağı, ayrı-ayrı yerlərdə arabir 23-25 metrədək güclənəcəyi ehtimal edilir. 

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi bildirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO