Peskovdan Lukaşenkonun vasitəçiliyi ilə bağlı AÇIQLAMA: "Priqojini çoxdan tanıyırdı"

Hazırda oxunan: Peskovdan Lukaşenkonun vasitəçiliyi ilə bağlı AÇIQLAMA: "Priqojini çoxdan tanıyırdı"

143205

Belarus Prezidenti Aleksandr Lukaşenko “Vaqner” hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinlə çoxdan tanış olduğu üçün vasitəçi rolunu təklif edib.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Yəqin ki, məndən Prezident Aleksandr Lukaşenkonun vasitəçilik səbəbini soruşacaqsınız. Fakt budur ki, Lukaşenko Priqojinlə çoxdan, təxminən 20 ildir şəxsən tanışdır”, - deyə D.Peskov vurğulayıb.


Onun sözlərinə görə, bu təklif şəxsən Lukaşenkodan gəlib və Rusiya Prezidenti tərəfindən razılaşdırılıb.

Qeyd edək ki, bundan əvvəl Minskdə Priqojinin Belarus Prezidentinin təklifini qəbul edərək silahlı dəstələrinin hərəkətini dayandırdığı bildirilib. Daha sonra Peskov Yevgeni Priqojinə qarşı cinayət işinin xitam verəcəyini açıqlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO