Zaqatalada “VAZ-2107” “Niva” ilə TOQQUŞUB - Xəsarət alan var 

Zaqatalada “VAZ-2107” “Niva” ilə TOQQUŞUB - Xəsarət alan var 

Hazırda oxunan: Zaqatalada “VAZ-2107” “Niva” ilə TOQQUŞUB - Xəsarət alan var 
142640
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Zaqatalada ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə axşam saatlarında rayonun Yengiyan kəndində baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Yengiyan kənd sakini 28 yaşlı Qurban Həsrətovun idarə etdiyi “Niva” markalı avtomobillə həmin kənd sakini 21 yaşlı Emil Səfərovun idarə etdiyi “VAZ-2107” markalı minik avtomobilləri toqquşub. 

Qəza zamanı sürücülərdən biri xəsarət alıb. Belə ki, “Niva”nın sürücüsü Qurban Həsrətov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, dərhal hadisə şahidlərinin köməyi ilə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 
Sürücüyə ilkin tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir. Yol nəqliyyat hadisəsi ilə bağlı Rayon Polis Şöbəsində araşdırma başlanılıb.  

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu.

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO