
- A-
- A
- A+
İdman
13:10 / 17.06.2023
1 dəq oxunma
Daha 4 cüdoçumuz mübarizəyə BAŞLAYIR
Hazırda oxunan: Daha 4 cüdoçumuz mübarizəyə BAŞLAYIR
141881
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Qazaxıstanın paytaxtı Astanada cüdo üzrə Böyük Dəbilqə turniri davam edir.
Bizim.Media xəbər verir ki, yarışın 2-ci günündə Azərbaycanın 4 cüdoçusu yarışa qoşulacaq.
İdmançılarımızın hər biri 1/16 finaldan mübarizəyə başlayacaq.
Telman Vəliyev (73 kq) Baham adalarından olan Andrev Manninqslə, Rəşid Məmmədəliyev (73 kq) isə Türkmənistan idmançısı Parahat Nazarovla üz-üzə gələcək.
Zelim Tçkayevin (81 kq) ilk rəqibi bəhreynli Askerbiy Qerbekov olacaq. Eyni çəki dərəcəsində Məhərrəm İmamverdiyev isə almaniyalı Tim Qramkovla münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, Böyük Dəbilqənin ilk günündə Azərbaycan millisinin heyətində yalnız Gültac Məmmədəliyeva (52 kq) bürünc medal qazanıb.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
































































































