Ermənistan Milli Təhlükəsizlik Xidmətində kadr böhranı

Ermənistan Milli Təhlükəsizlik Xidmətində kadr böhranı

Hazırda oxunan: Ermənistan Milli Təhlükəsizlik Xidmətində kadr böhranı
1379
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyat şöbəsinin rəisi vəzifəsindən azad edilib.

Bizim.Media Ermənistan KİV-nə istinadən xəbər verir ki, general-mayor Ohanes Karumyan işində yol verdiyi nöqsanlara görə işdən çıxarılıb. 

Məlumatı Nazirliyin rəsmisi Artur Qorqyan təsdiqləyib. 

İşğalçı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları münaqişə bölgəsindəki döyüş əməliyyatları zamanı 37 nəfərin öldüyünü açıqlayıb. 

Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktor müavini Armen Abazyan mətbuat konfransında deyib.  

O bildirib ki, döyüşlərə Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının hərbi qulluqçuları cəlb edilib.  37 nəfər ölüb, 4 nəfər itkin düşüb. Daha 243 nəfər xəsarət alıb. 

Xatırladaq ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları komandanı Vaqinak Sarkisyan ötən gün tutduğu vəzifədən azad edilib. Prezident Armen Sarkisyanın sərəncamı ilə bu vəzifəyə Arman Maralçyan təyin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO