Xəbərdarlıq: Bakıda sabah güclü külək əsəcək

Xəbərdarlıq: Bakıda sabah güclü külək əsəcək

Hazırda oxunan: Xəbərdarlıq: Bakıda sabah güclü külək əsəcək

135968

Mayın 15-i günün ikinci yarısınadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, 15-20 metr/saniyə, arabir 23-25 metr/saniyəyədək güclənəcəyi, mayın 15-dən 16-sı gündüzədək isə fasilələrlə yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, yarımadanın bəzi yerlərində yağıntının intensiv olacağı ehtimalı var.

Mayın 16-sı gündüzədək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir saniyədə 18-23 metrədək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi kiçik çaylardan qısamüddətli daşqın keçəcəyi ehtimal edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO