Balakəndə “Nurlu ömrün anları” tamaşası nümayiş etdirildi - FOTO

Balakəndə “Nurlu ömrün anları” tamaşası nümayiş etdirildi - FOTO

Hazırda oxunan: Balakəndə “Nurlu ömrün anları” tamaşası nümayiş etdirildi - FOTO

134802

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyorları Balakən rayon Mədəniyyət Mərkəzində Əməkdar Mədəniyyət İşçisi, şair-dramaturq İftixar Piriyevin müəllifi olduğu “Nurlu ömrün anları” tamaşasını oynayıblar.

Bu barədə Bizim.Media-nın yerli bürosuna Mədəniyyət Mərkəzindən məlumat verilib. 

Tamaşadan öncə çıxış edənlər  2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edildiyini, bununla əlaqədar olaraq respublikamızda, o cümlədən Balakən rayonunda silsilə tədbirlərin keçirildiyini bildirib.

Ulu Öndər Heydər Əliyevin zəngin irsinin, fəaliyyətinin və ideyalarının indiki və gələcək nəsillər üçün örnək olduğu diqqətə çatdırılıb. Hər bir azərbaycanlının qəlbində xalqımızın xilaskarı və müstəqil dövlətimizin qurucusu Heydər Əliyevə böyük sevgi və dərin minnətdarlıq hissi olduğunu, Onun əziz xatirəsinin daim qəbimizdə yaşayacağını vurğulayıb.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin və mənalı həyatına, onun siyasi fəaliyyətinə, azərbaycançılıq və dövlətçilik məfkurəsinə həsr olunan “Nurlu ömrün anları” tamaşası rayon sakinləri tərəfindən maraqla qarşılanıb.






Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO