Azərbaycanda mehmanxanaların gəlirləri ARTIB 

Azərbaycanda mehmanxanaların gəlirləri ARTIB 

Hazırda oxunan: Azərbaycanda mehmanxanaların gəlirləri ARTIB 
132985
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu ilin I rübündə Azərbaycanda mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 42,8 % artaraq 85,2 milyon manat təşkil edib. 

Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunun 55,5 %-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 28,9 %-i ictimai iaşə xidmətlərindən, 6 %-i müalicə və sağlamlıq xidmətlərindən, 9,6 %-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib. 

Yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə 13,4 % olub ki, bu da 1 il əvvələ nisbətən 2,5 faiz bəndi çoxdur.

Bu göstərici Naftalanda 37 %, Qusarda 30,3 %, Şabranda 29 %, Beyləqanda 25,7 %, Bərdədə 22,8 %, Şuşada 20,2 %, Bakıda 19,9 %, Qubada 19,6 %, Sabirabadda 18,6 %, Naxçıvan MR-da 16,7 %, Ağcabədidə 15,3 %, Lənkəranda 14,8 %, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO