Qoşulmama Hərəkatının Bakı Sammitində zəlzələ qurbanlarının xatirəsi anıldı – VİDEO

Qoşulmama Hərəkatının Bakı Sammitində zəlzələ qurbanlarının xatirəsi anıldı – VİDEO

Hazırda oxunan: Qoşulmama Hərəkatının Bakı Sammitində zəlzələ qurbanlarının xatirəsi anıldı – VİDEO
123334
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyədə və Suriyada baş vermiş zəlzələ qurbanlarının xatirəsi Qoşulmama Hərəkatının Təmas Qrupunun Bakıda keçirilən Sammitində Azərbaycan Prezidenti İlham Əliyevin təklifi ilə yad olunub.

Bizim.Media xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev deyib: 

“Müzakirələrimizə başlamazdan əvvəl sizin diqqətinizi bir məqama cəlb etmək istəyirəm. Hamınızın bildiyi kimi, bir neçə həftə bundan əvvəl Türkiyədə və Suriyada dağıdıcı zəlzələ baş verib. Müasir dövrün ən faciəli təbii fəlakətlərindən biri olan bu zəlzələ on minlərlə insanın həyatına son qoyub. 

Zirvə görüşünün bütün iştirakçılarını ayağa qalxmağa və həlak olanların xatirəsini bir dəqiqəlik sükutla anmağa dəvət edirəm.

Bu dəhşətli fəlakətlə əlaqədar dərindən kədərləndiyimizi bildirir, həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO