İranla sərhəddə ƏMƏLİYYAT: Saxlanılan VAR - FOTO

Hazırda oxunan: İranla sərhəddə ƏMƏLİYYAT: Saxlanılan VAR - FOTO

118910

Fevral ayının 6-da saat 00:18-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində, sərhəd naryadı tərəfindən 1 (bir) nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozması müşahidə edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Məlumata görə, sərhəd zastavasının xidməti ərazisi qapadılıb, sərhəd pozucusu müşahidə kameraları vasitəsilə nəzarətə götürülərək sərhəd naryadı tərəfindən saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxsin əvvəllər dəfələrlə məhkum olunmuş 1980-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Mansurov Babək Rəfail oğlu olması müəyyən edilib, dövlət sərhədini narkotik vasitə gətirmək məqsədilə pozduğunu etiraf edib.

Üzərinə baxış keçirilərkən ümumi çəkisi 7 kiloqram 165 qram narkotik vasitə “marixuana”, 0.005 qram “heroin”, 0.005 qram “metamfetamin”, 10 ədəd “metadon M-40” həbi, şəxsi istifadəsi üçün 1 büküm “tiryək” və 2 büküm “marixuana” aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO