Nigar Samirə ilə barışmasından DANIŞDI: “Aramızı vururdular” - VİDEO

Nigar Samirə ilə barışmasından DANIŞDI: “Aramızı vururdular” - VİDEO

Hazırda oxunan: Nigar Samirə ilə barışmasından DANIŞDI: “Aramızı vururdular” - VİDEO

118007

Müğənnilər Nigar Camal və Samirə Əfəndi barışdıqdan sonra ilk dəfə canlı efirə çıxıblar.

Bizim.Media xəbər verir ki, sənətçilər qonaq olduqları “Səhər mərkəzi” verilişində küsüb-barışmaqlarının əsl səbəbindən söz açıblar.

Nigar bu məsələyə belə aydınlıq gətirib:

“Biz küsülü deyildik, ancaq aramızı vururdular. Bizdə hər şeyi şişirtməyi sevirlər. Mən bildim ki, biz danışmasaq, bu, illərlə belə davam edəcək. Necə ki, 2017-ci ildə “Altın Kelebek” var idi. Mən oturan kimi ya Röyadan sual verirlər, ya “Gucci”, Şəbnəm barədə sual verirlər.
Üçüncü də Samirə idi. Ən yaxşısı sakit şəkildə barışmaq idi. Aygün Kazımovanın ad günündə bir masada oturmuşduq. Samir Bayramlının proqramında olan kimi haqqımda xəbərlər çıxır. Sual verdilər ki, ilk 10-luqda, ilk 5-likdə görürsən? Samirənin xətrinə dəymək istəmirdim.

Dedim ki, yox. Sonradan mənə dedilər ki, Samirə tez inciyəndir. Bu ildə gedəcəklər, inanırsınız, yenə deyəcəyəm, bir dənə də qalmaqal gələcək. Bu dəfə yəqin Eldarla – çünki orada işləyir. Öz fikrimi demişdim.

Mənim vaxtımda nələr yazmırdılar – əsasən də mənimlə bağlı -  “Finala keçməyəcəklər!”, “Bu, nə mahnıdır?”, “Bu, nə geyimdir?!”, “Bu, nə sifətdir?”... Axırda da salam-aleykum, birinci olduq. Samirəylə barışdıq. Aygün xanımın doğum günü çox maraqlı keçdi. Artıq Samirə ilə aramızda heç bir problem yoxdur”.

Samirə isə Nigarla aralarında yaranan incikliyi bu sözlərlə ifadə edib:

“Nigar nə geyimimi, nə də ifamı bəyənmişdi. Mahnını mən seçməmişdim. Amma dua edirdim ki, o mahnı seçilsin. Çünki digər mahnılar ballada idi. İstəməzdim ki, elə dönəmdən sonra ballada ifa edim. İnsanlar şənlənməli idi.
Əfsuslar olsun ki, yenə də Avropa bizi təcavüzkar kimi qəbul edirdi. Əlimdən gələni elədim. İnsanlardan da özüm inciyirəm, özüm də barışıram”. 

Qeyd edək ki, Samirə ilə Nigar ötən həftə Xalq artisti Aygün Kazımovanın doğum günü məclisində bir araya gələrək, barışıblar. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO