Reytinq turnirində iştirak edəcək Azərbaycan güləşçiləri bəlli olub

Hazırda oxunan: Reytinq turnirində iştirak edəcək Azərbaycan güləşçiləri bəlli olub

116623

Güləş üzrə Azərbaycan yığmalarının fevralın 2-də Serbiyanın paytaxtı Zaqrebdə start götürəcək reytinq turniri üçün heyəti açıqlanıb.

Bizim.Media Dünya Güləş Birliyinin (UWW) rəsmi saytına istinadən xəbər verir ki, 4 gün davam edəcək yarışda ölkə ümumilikdə 31 idmançı ilə təmsil olunacaq.

Sərbəst güləşdə İslam Bazarqanov, Əliabbas Rzazadə (hər ikisi 57 kq), Əli Rəhimzadə, Hacı Əliyev (hər ikisi 65 kq), Qadjimurad Qadjiyev (70 kq), Cəbrayıl Qadjiyev (74 kq), Abubakr Abakarov (86 kq), Maqomedxan Maqomedov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) mübarizə aparacaq.

Qadın güləşində Türkan Nəsirova, Mariya Stadnik (hər ikisi 50 kq), Elnurə Məmmədova (55 kq), Alyona Kolesnik (59 kq) və Elis Manolova (62 kq) qüvvəsini sınayacaq.

Yunan-Roma güləşində isə Eldəniz Əzizli (55 kq), Murad Məmmədov, Nihat Məmmədli (hər ikisi 60 kq), Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Tuncay Vəzirzadə (82 kq), Məhəmməd Əhmədiyev, İslam Abbasov (hər ikisi 87 kq), Murat Lokyayev, Zamir Maqomedov, Arif Niftullayev (hamısı 97 kq), Sərxan Məmmədov, Beka Kandelaki və Sabah Şəriəti (hamısı 130 kq) medal uğrunda yarışacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO