AAYDA gücləndirilmiş iş rejiminə KEÇDİ: Hava şəraiti...

AAYDA gücləndirilmiş iş rejiminə KEÇDİ: Hava şəraiti...

Hazırda oxunan: AAYDA gücləndirilmiş iş rejiminə KEÇDİ: Hava şəraiti...

113345

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) yanvarın 7-si axşamdan ayın 12-dək ölkə əırazisində müşahidə olunacaq hava şəraiti ilə əlaqədar olaraq gücləndirilmiş iş rejiminə keçib, yollarda yarana biləcək hər-hansı problemin qısa müddət ərzində aradan qaldırmaq üçün bütün maşın-mexanizm və texnikalar hazır vəziyyətə gətirilib. 

Bu barədə Bizim.Media-a AAYDA-dan məlumat verilib. 

"Gözlənilən hava şəraiti ilə əlaqədar olaraq sürücülərdən xüsusən dağlıq və dağətəyi ərazilərdən keçən avtomobil yollarında hərəkətdə olarkən ehtiyatlı olmalarını, sürət həddinə əməl etmələrini və meteoroloji amilləri nəzərə almalarını xahiş edirik. Həmçinin idarə etdikləri nəqliyyat vasitələri üçün mövsümə uyğun şinlərdən istifadə etməyi tövsiyyə edirik", - deyə açıqlamada bildirilir. 

Qeyd edək ki, ölkə ərazisində yanvarın 7-si axşamdan ayın 12-dək havanın dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensivləşəcəyi gözlənilir. 
Sabah Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-9° isti, Bakıda gecə 4-6° isti, gündüz 7-9° isti olacaq.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq. 

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin günün ikinci yarısından şimal və qərb rayonlarından başlayaraq arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO