İqtisadiyyat naziri qurumun əməkdaşlarına orden və medallar TƏQDİM ETDİ – FOTO 

İqtisadiyyat naziri qurumun əməkdaşlarına orden və medallar TƏQDİM ETDİ – FOTO 

Hazırda oxunan: İqtisadiyyat naziri qurumun əməkdaşlarına orden və medallar TƏQDİM ETDİ – FOTO 
111480
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İqtisadiyyat Nazirliyinin təltif olunmuş əməkdaşlarına orden və medallar təqdim edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında bildirilib.

Məlumata görə. nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumların rəhbərləri və əməkdaşlarının iştirakı ilə keçirilən görüşdə nazir Mikayıl Cabbarov həyata keçirilən tədbirlər nəticəsində 2022-ci ildə də Azərbaycan iqtisadiyyatında dinamik inkişafın davam etdiyini vurğulayıb, əldə olunmuş nəticələrdə İqtisadiyyat Nazirliyinin əməkdaşlarının töhfəsini qeyd edib.

İnsan kapitalının inkişafının, əməkdaşların bilik və bacarıqlarının artırılmasının önəmini vurğulayan iqtisadiyyat naziri bunun gələcək uğurların əsas şərtlərindən olduğunu və dövlət başçısının müəyyən etdiyi vəzifələrin icrası, qarşıya qoyduğu məqsədlərə nail olunması istiqamətində Nazirliyin hədəflərini diqqətə çatdırıb.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə İqtisadiyyat Nazirliyinin, Nazirlik yanında Dövlət Vergi Xidmətinin, Əmlak Məsələləri Dövlət Xidmətinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Azərbaycan İnvestisiya Şirkətinin təltif olunmuş əməkdaşlarına orden və medallar təqdim edilib.

İqtisadiyyat naziri xidmətdə fərqlənən əməkdaşların təltif edilməsinin həmin şəxslərin əməyinə verilən yüksək qiymət olduğunu diqqətə çatdırıb, Nazirliyin kollektivi adından ölkə rəhbərliyinə minnətdarlığını ifadə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO