Xankəndi yolunda baş verənlərə Aİ-dən REAKSİYA  

Xankəndi yolunda baş verənlərə Aİ-dən REAKSİYA  

Hazırda oxunan: Xankəndi yolunda baş verənlərə Aİ-dən REAKSİYA  

109229

“Avropa İttifaqı (Aİ) Laçın dəhlizi ətrafındakı vəziyyəti diqqətlə izləyir və hər iki tərəfi təmkinli olmağa çağırır”. 

Bizim.Media xəbər verir ki, bu barədə Aİ Xarici Xidmətinin sözçüsü Peter Stano Ermənistanın İctimai Televiziyasına bildirib. 

“Aİ dekabrın 3-dən etibarən Laçın dəhlizi ətrafında baş verən müxtəlif hadisələrdən xəbərdardır. Odur ki, bugünkü Xankəndi-Laçın yolunda baş verən hadisələri diqqətlə izləyirik.

Aİ-nin Qarabağda vəziyyəti daha yaxşı başa düşməyə imkan verəcək mövcudluğu yoxdur, lakin biz açıq mənbələrdən çoxsaylı erməni və Azərbaycan hesabatlarını izləyirik, Ermənistan və Azərbaycan rəsmiləri ilə davamlı əlaqə saxlayırıq”, - deyə Aİ rəsmisi qeyd edib. 
Peter Stanonun sözlərinə görə, Aİ tərəfləri təmkinli olmağa və təxribatçı əməllərdən çəkinməyə çağırır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO