Azərbaycan çempionatı: “Azəryol” komandası “Qarabağ”ı məğlub etdi

Azərbaycan çempionatı: “Azəryol” komandası “Qarabağ”ı məğlub etdi

Hazırda oxunan: Azərbaycan çempionatı: “Azəryol” komandası “Qarabağ”ı məğlub etdi
109060
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Həndbol həvəskarları həftəsonu qadın həndbolçuların Azərbaycan çempionatının növbəti oyunlarını izləyiblər.

Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən Bizim.Media-ya bildiriblər ki, üçüncü turun ilk matçında meydançaya “Azəryol” və “Qarabağ” komandaları çıxıblar. Gərgin mübarizə ilə yadda qalan görüşün ilk hissəsində 6 top fərqi il önə keçən “Azəryol” fasilədən sonra da təşəbbüsü əldən verməyib. 

Qarşılaşma 33:30 hesabı ilə sonuncunun xeyrinə başa çatıb.

“U-16” – “İdman Akademiyası” kollektivlərinin görüşündə nominal qonaqlar inamlı oyun sərgiləyiblər. İlk hissəni 27:14 hesabı ilə irəlidə başa vuran “tələbələr”dən ibarət komanda qalan vaxtda üstünlüyü daha da artırıb – 47:21.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO