
- A-
- A
- A+
Cəmiyyət
16:52 / 03.12.2022
1 dəq oxunma
Daşkəsəndə ağır YOL QƏZASI – Ölən var
Hazırda oxunan: Daşkəsəndə ağır YOL QƏZASI – Ölən var
107698
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Daşkəsən-Gəncə yolunun 18-ci kilometrliyində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Bu barədə Bizim.Media-nın yerli bürosuna DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun məlumat verib.
Məlumata görə, dərhal hadisə yerinə Daşkəsən RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları cəlb olunub və müvafiq tədbirlər həyata keçirilib, çətin hava şəraitində nəqliyyatın hərəkətini bərpa ediblər.
Araşdırmalar zamanı məlum olub ki, "KamAZ" markalı avtomobil ilə "Niva" markalı yük avtomobili toqquşub.
Nəticədə minik avtomobilinin sürücüsü 1964-cü il təvəllüdlü Xanlar Tağıyev dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.


































































































