Azərbaycanda ötən il  9,9 faiz az uşaq doğulub

Azərbaycanda ötən il  9,9 faiz az uşaq doğulub

Hazırda oxunan: Azərbaycanda ötən il  9,9 faiz az uşaq doğulub

10651

Azərbaycanın əhalisi 2020-ci ilin 1 dekabr tarixinə olan vəziyyətə görə 10 123 4 min nəfər olub.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Dövlət Statistika Komitəsi yayıb.

Mənbə yazır ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,6 faiz çoxdur. 2020-ci ilin 11 ayı ərzində ölkədə 116 454, yəni əvvəlki ilə nisbətən 9,9 faiz az uşaq doğulub.

Doğulan uşaqların 53,3 faizi oğlanlar, 46,7 faizi qızlar təşkil edir.

Doğum səviyyəsinə görə dünya ölkələri arasında Azərbaycan orta yerlərdən birini tutur. ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinin (CİA) tərtib etdiyi reytinqdə Azərbaycan 229 ölkə arasında 126-cı yerdədir.

Belə ki, ölkədə hər 10 min əhaliyə 145 doğum hadisəsi düşür.

Reytinqə 475 doğum göstəricisinə malik Niger başçılıq edir. Sonrakı yerlərdə Anqola (427) və Uqanda (423) qərarlaşıb.

Reytinqdə sonuncu yer tutan Monakoda bu göstərici 64-dür. Cənubi Qafqaz ölkələrindən Ermənistanda hər 10 min əhaliyə 119, Gürcüstanda isə 116 doğum düşür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO