DÇ-2022: Argentina millisi ilk oyunda məğlub oldu – 1:2 - VİDEO

Hazırda oxunan: DÇ-2022: Argentina millisi ilk oyunda məğlub oldu – 1:2 - VİDEO

105702

Futbol üzrə Argentina millisi Qətərdə keçirilən dünya çempionatının C qrupunda ilk matçında çıxıb.

Bizim.Media xəbər verir ki, Lionel Skaloninin baş məşqçi olduğu komanda I turunda Səudiyyə Ərəbistanı ilə üz-üzə gəlib. 

Qarşılaşma Asiya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib. Görüşdə hesabı cənubi amerikalılar açıblar. 10-cu dəqiqədə Lionel Messi penaltini dəqiq yerinə yetirib. İkiqat dünya çempionu fasiləyə öndə yollanıb.

Səudiyyə Ərəbistanı yığması fasilədən sonra gözlənilmədən iki qol vurub. 48-ci dəqiqədə Saleh Al Şehri tarazlığı bərpa edib. 53-cü dəqiqədə Salem Al Davsari komandasını önə keçirib. 
Beləliklə, Argentina DÇ-2022-yə məğlubiyyətlə start verib. Qrupun digər oyununda Meksika və Polşa yığmaları münasibətlərə aydınlıq gətirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO