
- A-
- A
- A+
Şəhriyar Məmmədyarov polşalı şahmatçıya uduzdu
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının doqquzuncu - sonuncu mərhələsində növbəti görüşünü keçirib.
Bizim.Media xəbər verir ki, 37 yaşlı qrossmeyster final raundunun II turunda polşalı Yan Kşiştof-Duda ilə üz-üzə gəlib.
Məmmədyarov rəqibinə 1,5:2,5 hesabı ilə uduzub. Təcrübəli şahmatçı III turda norveçli dünya çempionu Maqnus Karlsenlə qarşılaşacaq.
O, hazırda 8 şahmatçı arasında 4 xalla 5-cı pillədə qərarlaşıb. İti zəka sahibi ilk turda hindistanlı Rameşbabu Praqqnanandhaya qalib gəlmişdi - 2,5:1,5.
Qeyd edək ki, turnir noyabrın 20-də başa çatacaq. Yarışın mükafat fondu 210 000 ABŞ dollarıdır. Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid”də ikinci yeri tutub.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































