
- A-
- A
- A+
“Qarabağ” klubu polisə niyə müraciət edib? - DİN-dən AÇIQLAMA
“Qarabağ” futbol klubu dövlət qeydiyyatına alınmış əmtəə nişanlarından qanunsuz istifadə halları ilə bağlı polisə müraciət edib.
Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəsmisi Zeyni Hüseynov açıqlama verib.
O bildirib ki, klubun direktoru Emrah İşık Çelikel Suraxanı Rayon Polis İdarəsinə noyabrın 11-də ərizə ilə müraciət ünvanlayıb.
"Qarabağ” klubunun rəsmi dövlət qeydiyyatına alınmış əmtəə nişanlarının əks olunduğu formalar sosial şəbəkələrdə naməlum şəxslər tərəfindən satışa çıxarılır" - deyə müraciətdə qeyd olunub.
Klub həmin şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi və qanunsuz satışların qarşısının alınmasını xahiş edib.
Z.Hüseynov bildirib ki, hazırda müraciətlə bağlı araşdırmalar aparılır.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































