Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 200-dən çox baza stansiyası var

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 200-dən çox baza stansiyası var

Hazırda oxunan: Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 200-dən çox baza stansiyası var

607625

Hazırda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 203 baza stansiyası quraşdırılıb və onların hər biri istismardadır.

Bunu Füzuli Beynəlxalq Hava Limanında keçirilən Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə işçi qrupunun iclasında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.

"Həmin ərazilərdəki Şuşa və digər şəhərlər GPON texnologiyalarına uyğun telefon və sürətli internetlə təmin olunub. O cümlədən Şuşada 77 abunəçi, Zəngilan rayonunun Ağalı kəndində isə 86 abunəçi müasir texnologiyalara uyğun telefon və sürətli internetlə təmin edilib. Bu işlər davam etdirilir", - deyə o qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO