Dünya yarananda ilk dəfə toz və qaz hissəciklərindən ibarət olub. Həmin toz hissələri öz çevrəsində əsirlər boyu fırlanıb və sonda partlayıb, bunları bilirsiz. O partlayışdan isə bu gün bizə vətən olan torpaqlar yaranıb. Bunu da bilirsiz. Ancaq bilmədiyimiz bir məqam var ki, bəzən bildiyimizi düşünürük, bəzən də tarixi faktlara baxıb nələrisə bir-birinə uyğunlaşırıb davamlı tarix yazırıq. Bəlkədə təbiət həmin o partlayışın səsini unutmayıb, ona görə də bu gün dünyada torpaq üstündə baş verən savaşlar bitmək bilmir. Ancaq hər kəsin öz dogma yurdu-yuvası, qoruyub qovlamalı olduğu məmləkəti var. Eləcə də bizim.
“Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi”x9d mövzusunda özü də gənc olan həmsöhbətimiz Şair-jurnalist Vasif Əlihüseyndir.
xa0
xa0xa0
- Mövzuya aid suallara keçməzdən öncə sizi bir az daha yaxından tanıyaq.
- 1985-ci ildə Cəlilabad rayon Muğan kəndində anadan olmuşam. Ali təhsilliyəm. Azırbaycan Yazıçılar Birliyinin üzvüyəm və “Ayrılığın rəgi”x9d, “Divara yazılmış azadlıq sözü”x9d adlı iki kitabım dərc olunub. Hal-hazırda hər iki sahədə fəaliyyətimi davam etdirirəm.
- Vətənpərvərlik mövzusunda şeirlər yazırsız?
- Vətən mövzusu ədəbiyyatda ağır mövzudu. Bu ağırlığı mən də hiss etmişəm. Bu mövzuda şeirlər yazıram. Çalışıram ki, təzə olsun.xa0
- Gəncsiniz, ətrafınızda da gənclər var və bu nəsldə olan milli mənlik şüurunu necə görürsüz?
- Bu gün həm gənclərdə, həm də mənim tanıdığım bir çox dostlarım var ki, milli mənlik məsələsi onlar üçün çox böyük önəm daşıyır. Çalışırlar ki, bacardıqca nələrsə etsinlər. Bunlardan nail ola bildikləri də var, nail ola bilmədikləri də. Ümumi götürəndə isə müəyyən səbəblərdən doilayı çatışmazlıqlarımız var. Amma heç nəyə baxmayaraq vətəni üstün tutan tanıdığım bütün gənclərə, vətənpərvər dostlarıma görə çox şadam.
- Ölkədə aparılan islahatlarda aktiv olan gənclərin vətənpərvərlik anlayışını şəxsən siz necə dəyərləndirirsiz?
- Vətənpərvərlik çox ağır mövzudur. Bu gün özünü vətənpərvər kimi təqdim edən adamların hamısına inanmaq olmaz. Ancaq inam da böyük qüvvədir və bəzən nələrisə dəyişə bilir. Bu gün düzdü belə tədbirlər keçirilir. Amma vallah o, gənclərin içində soruşun görün gənc olaraq Azərbaycanda gənclər gününün nə vaxt təyin olunduğunu, kim tərəfindən yaradıldığını bilən varmı. xa0Televiziya verlişlərinin birində qonaq olarkən şahid olmuşam. Ancaq yəqin ki hamısına şamil eləmək də düz olmazdı. Ola bilsin ki, bəzən onların bir hissəsi dövlətdən nəsə ummaq üçün, bəzən də özlərini qorumaq və bəzən də qazanc əldə etmək üçün vətənpərvərlik şüarı ilə çıxış edirlər. Borxes deyirdi ki, “vətənpərvərlik təkcə döyüşdə şücaət göstərmək deyil, üzərinə düşən vəzifəni vicdanlı, ədalətli yerinə yetirməyin özü də vətənpərvərlikdir”x9d. Demək istədiyimiz odur ki, insanlar hər biri çalışdığı sahə üzrə vətənpərvər olmalıdır. Qaldı ki, gənclərin vətənpərvərlik səviyyəsinə bu qənaətbəxşdir, amma yenə də arxayınçılıq yaratmamalıyıq. Bu təbliğatı həmişə davam etdirməliyik. Məsələn, mənim aprel şəhidlərimizlə bağlı layihəm var. Bu layihədə mən şəhid ailələrini ziyarət edirəm, şəhidimizin döyüş yolundan yazılar yazıram ki, qəhrəmanlarımızı hamı tanısın. Bunu özümə vətənə xidmət kimi dəyərləndirirəm və həmçinin də ətrafımda olan gənclər də bunu görür, yazılarımdan məlumatlanır. Ələlxsus isə şəhidlərimizin böyük əksəriyyəti gənclərdir, bu isə bu günki gəncliyə ən əsas nümunə olmalıdır.
- Təhsil ocaqlarında tədris edilən tarixi, tərbiyyəvi dərsliklərlə bağlı nə düşünürsüz?
- Məktəbə qədər hazırlığın rolu böyükdür. Mən özüm orta məktəb vaxtı hərbi hazırlıq dərsində komandamızın komandiri təyin olunmuşdum. Yarışlarda iştirak edirdik və ğurlarımız çox olurdu. Həmin vaxtı adamda vətənə qarşı çox böyük sevmək həvəsi yaranır. Həmin an yaranan sevgiyə əyninə geyindiyin hərbi formanın da təsiri böyük olur. Çox istəyərdim ki, aprel şəhidlərimizin adı oxuduqları orta məktəblərə verilsin. Məncə gənc nəslin vətənpərvər yetişməsi üçün bunun daha böyük rolu ola bilər.
- Bədən-ruh, maddi-mənəvi, dünya-axirət tarazlığının qorunması necə?
- Mən kəndimizə gedəndə bəzi gəncləri görüb çox təsüf hissi keçirirəm. Baxırsan ki, hələ öz məktəb dərslərini hazırlaya bilməyən uşaq ancaq dini kitablar oxuyur, saqqal saxlayırlar. Sadəcə bunları etmək şəxsin özündə və yaşadığı mühitdə nəyi dəyişəcək? Mən belə adamlara anlada bilmirəm ki, əvvəl normal təhsil almalısan, yaşadığın ərazini və ölkəni tanımalısan. Sadəcə dini kitablar oxumaqla sən bir fərd kimi formalaşa bilərsən, ancaq gələcəkdə sənə elmi savad da lazım olacaq ki, onu da indidən əldə etməlisən. Bu iki yolla paralel yürüməsən, uzaq başı molla olacaqsan. Heç bir halda elmi kənara qoymaq olmaz, amma hardasa idmanla məşğul olmalarını normal qarşılayıram. Çünki ölkəmizdə idmana və idmançılara çox böyük şərait yaradılıb. Bu sahədə vənpərvərlik adına da nəaliyətlər əldə etmək olaq. Ümumiyyətlə isə, “dünyadakı heç bir proses gənclərdən dəstək almamış inkişaf edə bilməz”x9d deyə bir fikir var və mən bu fikirlə razıyam. Fikir vermisinizsə aparılan təbliğat kampaniyalarında həmişə gənclərə üstünlük verilir. Onlar bu işləri canla-başla həyata keçirirlər. Azərbaycanda 2 fevral 1997-ci ildə mərhum prezidentimiz Heydər Əliyevin sərəncamından sonra təyin edilən “Gənclər günü”x9d çox böyük töhvələr verdi ölkəmizə. İdman, musiqi sahəsində uğurlar əldə olundu. Hər bir gənc öz ailəsinin güzgüsü olduğu kimi, bu gün hər bir ölkə gənci də ümumilikdə öz ölkəsinin güzgüsüdür. Düzdür, gənclərimizin hamısında aydın mövqe yoxdur. Bəzən elə gəncləri görürəm ki, kimlərəsə görə özlərini uçuruma yuvarlayırlar. Bu da olmaz. Bütün hallarda tarazlığı qorumaq lazımdır.
- Uşaqları milli ruhda böyütməkçün cəmiyyətə daha nələr lazımdır?
- Məktəblərimizdə vətənpərvərliklə bağlı tədbirlər ayda-ildə bir dəfə yox, tez-tez keçirilməlidir. Məktəbə illər öncə bitirən aktiv gənclərin, uğur qazanmış gənclərin həmin məktəblərdə görüşlərini təşkil etmək lazımdır. Çünki uşaqlar görməlidir ki, oxuduqları məktəbdə onlardan öncə yetişən kimlər hansı uğruları əldə ediblər. Bir də uşaqların gözü önündə həmişə kitab oxumaq lazımdır ki, sadəcə nəzəri yox, həm də praktiki örnək məqamı önə keçsin. Kitabın insanı tərbiyyə etməsi bir yana, onun insanı dəyişdiyi kimi ikinci bir tərbiyə vasitəsi tanımıram.
- Kitab demişkən, bu gün kitab, mütaliyə, oxu mədəniyyəti ilə bağlı cəmiyyətdə az-çox marifləndirmə işləri aparılır. Nəticə qənaətbəxşdir?
- Həmişə olduğu kimi, bu gün də cəmiyyətimizdə oxucu kütləsi var. Amma çox azdı. Bilirsiniz, mən elə düşünürəm ki, bu social vəziyyətlə bağlıdı. İndi hamı ehtiyac içində olduğundan kitab oxumağa elə də səbrləri çatmır. Fikirli olur insanlar.xa0
- Bəs yazılan tarixi əsərlər necə, qələm adamı və oxucu kimi size qane edir?
- Doğrusu tarixi əsərlər oxumuram. xa0
- Torpaqlarımızın işğal günlərini uşaqlara necə təqdim etməliyik?
- Bu barədə keçirilən tədbirlər şablon halını alıb. Bu hala görə çox vaxt belə tədbirlərə getmirəm. Hər il eyni söz-söhbət və hər il işğal olunmuş rayonun icra başçısı söz verir ki, gələn il torpaqlarımıza qayıdacağıq. Tədbir qurtarandan sonra yenə hərə öz işinin dalıyca gedir. Bu bizim faciəmizdi, çünki həm torpaqlarımızı itirdik, həm də soydaşlarımızı. Tarixi uşaqlarımıza elə olduğu kimi anlatmaq, təbliğ etmək lazımdır. Faciəni olduğu kimi təsvir edə bilmərik, ancaq çıxışlarımızda elə gerçəkçi simalar olmalıdır ki, uşaqların təsəvvür hissi dügün formalaşsın və şablonlardan yorulmasınlar. Mən torpaqlarımızın işğal günündə kəndimizin uşaq bağçasına pənah gətirən ayağını don vurmuş uşaqları xatırlayıram. Bu mənim yaddaşımda belə qalıb. Sonra bu hadisəyə “Qaçqın uşağı”x9d adlı belə bir şeir də yazmışdım:
Ağlama, oğul,
bu ildə bağçaya
gedə bilməyəcəksən.
Şeir öyrətməyəcək sənə
qonşudakı müəllimə.
Bu ildə boynunu bükəcəksən,
qapı ağzındakı oturacaqda.
Yenə dondurma satan
bir oğlanın
“dondurma var”x9d sözləri
donduracaq səni yerində.
Burnunu qoluna siləcəksən,
Qaçacaqsan velosiped sürənxa0
uşaqların arxasınca.
Yenə boynunu bükəcəksən
bağça qapısında,
maşın-maşın gələn ailələri,
ayağını “don”x9d vurmuş
tay-tuşlarını görəcəksən.
Qaçacaqsan qucağıma -
Ata, onlar hardan gəlir?
Onlar vətəndən,
vətənə gəlirlər oğlum!
- Cərəyam edən hadisələrə çəkilən filmlərin uşaq təxəyülünə təsiri varmı?
- Əlbətdə var. Çəkilən filmlərdə uşaqların psixoloji durumunu nəzərə almaq lazımdı. Ötən il mən eşitdim ki, Milli Qəhrəmanımız Mübariz İbrahimov haqda uşaqlar üçün cizgi filimi hazırlanacaq, buna çox sevindim. Amma sonradan bilmədim onun taleyi necə oldu.xa0
- Vətənpərvərlik təkcə vətəni sevməyə deyilir?
- Vətənpərvərlik təkcə vətəni sevmək yox, ümumi götürdükdə sənin cəmiyyətdə vicdanlı biri olmağındır. Əsl vətənpərvərlər heç vaxt nə vətən üçün elədiklərini, nə də özlərini hər addım başı göz önünə çəkməyiblər. Onlar həmişə xa0özlərini hələ heç bir iş görməyən kimi düşünüblər.
- Məsələn, onlar kimlərdir?
- Mən neçə ildir ki, Qarabağ mövzusunda yazıram. Qarabağ döyüşçülərindən müsahibələr alıram. Ad çəksəm inciyərlər. İnanın ki, müharibədə arxa cəbhədə tibb bacısı olan xanım özünü kəçfiyyatçı kimi qələmə verir. Çox danışmaq olar bu haqda. Amma münasib bilmirəm.("Hərbi and" qəzeti)





































































































