
- A-
- A
- A+
Müsahibə
14:47 / 20.02.2017
5 dəq oxunma
“Narkoman maşınla vurdu, 2 il qoltuq ağacları ilə süründüm”x9d- MÜSAHİBƏ
Hazırda oxunan: “Narkoman maşınla vurdu, 2 il qoltuq ağacları ilə süründüm”x9d- MÜSAHİBƏ
169411
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Moderator.az saytının müsahibi “Bələdçi”x9d və “Qisas”x9d romanları ilə ədəbiyyatda parlayan və həmin əsərlərlə satış rekordları qıran yazıçı Eyvaz Zeynalovdur. Yazıçının adıçəkilən romanları Almaniya və Türkiyədə də çap olunub. Bir neçə ölkədə təşkil olunan beynəlxalq kitab sərgilərində Eyvaz Zeynalovun kitabının təqdimatı baş tutub və marağa səbəb olub.xa0
Dünən İstanbulda yazıçının daha iki romanı Türkiyə türkcəsində çap olunub.xa0
Eyvaz Zeynalovla müsahibəni təqdim edirik:
-“İntiqam”x9d romanınız türk dilində çap olunub. Mümkünsə, romanın türkcə nəşrinin tarixçəsindən danışaq...
- Roman əvvəllər “Azərbaycan”x9d jurnalında “Qisas”x9d adı altında povest kimi çap olunub. 2013-cü ilin sonu və 2014-cü ilin əvvəlində dalbadal “Qanun”x9d nəşriyyatında “Bələdçi”x9d romanımla eyni kitabda yayımlanıb. Kitab ilk ildə 3 ay ən çox satılan kitab olub. 6 ayda 500 nüsxə qurtarıb, yenidən 500 nüsxə ilə çap olunub. 2 il əvvəl “Azərbaycan”x9d jurnalında təşkil olunan dəyirmi masada “Qisas”x9d romanı müstəqillik dövründə yazılmış ən yaxşı 10 əsərdən biri kimi qeyd edilib. Roman haqqında çox yerlərdə yazı, məqalələr gedib. Sonra onu türk tərcüməçim, ədəbiyyatımızın yorulmaz təbliğatçısı və bilicisi Ömər Küçükmehmətoğlu oxuyub bəyəndi, Türkiyə türkcəsinə çevirdi. Keçən il elə bu vaxtlar İstanbulda “Ferfür”x9d nəşriyyatında işıq üzü görən xa0“Əski bisiklet”x9d hekayələr kitabımın böyük kitab sərgisində təqdimatı oldu. Onda biz nəşriyyatın sahibi Şeref Yılmazla “Qisas”x9dın çapı haqqında müqavilə imzaladıq. Dünən o mənə yazdı ki, kitab artıq çıxıb. 26 fevralla 5 mart arası tarixdə İstanbulda keçirilən CNR kitab sərgisində kitabımın təqdimatı olacaq. Mən də müəllif kimi xa0ora dəvət edilmişəm. Bu barədə əvvəldən də deyilmişdi.xa0

-"Bələdçi", və "İntiqam" romanlarının qısa müddətdə bu qədər uğur qazanmasının və rezonans yaratmasının əsas səbəbi nə oldu?
- ”x9dBələdçi”x9d romanımın taleyi uğurlu alındı. Almaniyadan dostum Orhan Aras 2 il əvvəl Bakıda ailəvi qonağım oldu. Onunla tanışlığım internetlə başlamışdı, hələ 2011-ci ildə Ankarada çıxan “Kara(b)ağlayan”x9d hekayələr kitabımı bəyənmişdi. Bu dəfə “Bələdçi”x9d romanımı bəyəndi, Almaniyada tərcüməçi tapdı, beləcə, roman 2015-ci ildə orada çapdan çıxdı. Frankfurt kitab sərgisində təqdimatı oldu. Sərgiyə mən də getmişdim, orada “Alın yazısı”x9d romanımın xa0da həmin nəşriyyatda çap edilməsi məsləhət görüldü. 2016-cı ildə nəşriyyat bu romanı da çap edərək, xa0Frankfurtdakı beynəlxalq sərgiyə çıxartdı. Ancaq bu il ora gedə bilmədim. “Bələdçi”x9d İstanbulda “Çivi”x9d Yayın Evində də çap olunmalıdı Bu haqda yayınevinin sahibi Özcan Sapanla müqaviləmiz də var
-Əsərləriniz müasir nəsrə nə yeniliklər gətirdi? E.Zeynalovun romanlarının özəl cəhətləri hansılardı?
- Bu bir az qəliz sual oldu. Çünki heç zaman bu haqda düşünməmişəm. məncə, buna tənqidçilərimiz cavab versələr, daha doğru olar. Mehdi Hüseynin yaxşı bir fikri yadımdadı. Deyirdi ki, yazıçı özü və əsərləri haqqında çox şey deyə bilər, şərt onun əsərlərinin nə deməyidi. Ona görə qoy bu suala oxucular, tənqidçilər cavab versinlər.
-Maraqlıdır, bu qədər maraqlı romanları olan Eyvaz müəllim nə üçün gəncliyində deyil, bir növ 50 yaşdan sonra daha çox parlamağa, əsərləri də ondan sonra satılmağa başladı? xa0Gəncliyinizdə sizə mane olan nə idi?
- Bunun müxtəlif xa0səbəbləri var. Bir roman üzərində işləyirəm orda bunun səbəblərini açacağam. İndilik deyim ki, hələ 9-cu sinifdə oxuyarkən ilk hekayəm qəzetdə çıxdı. İnstitut illərində də çap olunmuşam. O vaxtkı əlyazması şəklində olan hekayələrimdə müəllimim İ. Şıxlının təqdiredici qeydləri var. İnstitutdan sonra əsgərlik və əsgərlikdən sonra Rusiyaya getdim. “Alın yazısı”x9dnda bu haqda bir az bəhs etmişəm. Həmin illərdə bir neçə şəhər dəyişmişəm; gah geri qayıtmışam, gah təzədən tamam başqa bir şəhərə üz tutmuşam. Zaporojyedə, Donetskdə yerli yazıçılarla dostlaşmışam. Onların hekayələrindən tərcümə edib ölkəmizdə çap etdirmişəm. Onlarla bərabər mənim də hekayələrimi rus dilinə çevirmişik, həmin şəhərlərdə qəzetlərdə çıxıb. O zaman Zaporojyedə çap olunan hekayələrimdən dördünü hətta rusca yazmışam. 1980-ci ildə qayıdıb evlənəndən sonra Ağdamda qaldım. Gah qəzetdə, gah məktəbdə müəllim, gah başqa sahədə işlədim. Arada Bakıya gələr, hekayələrimi qəzet-jurnallara verib gedərdim. Qabaqcıl jurnal-qəzetlərin hamısında çap olunurdum. Qəribəsi odur ki, kitab barədə fikirləşmirdim. 1990-cı ildə “Yazıçı”x9d nəşriyyatında “Rəngsiz yuxu”x9d adlı povest və hekayələr kitabım çıxdı. O vaxt “Gənclik”x9d nəşriyyatında da uşaqlar üçün hekayələr kitabım dururdu: süründürürdülər. xa0Bəh-bəh deyib, illik buraxdıqları toplularda bir ili 5, bir ili düz 11 hekayəmi çap etmişdilər. Sonra plana saldılar, 20 min tirajla. 3 il növbə gözlədim. Kitabın üz qabığı da hazır idi, rəssamı onun pulunu almışdı. Sonra hirslənib alıb cırıb-tulladım. Çox haqsızlıqlar görmüşəm: “Mozalan”x9d bir dəfə “Müxbir”x9d jurnalında ilk dəfə çap olunan “Bahalı şokolad”x9d qutusu hekayəmin əsasında süjet çəkib amma xa0adımı hallandırmayıb. Televiziyanın “Səhər görüşləri”x9d verilişi vardı- kiçik səhnəciklər müsabiqəsi elan etmişdi - ora göndərdiyim “Qiymətpozan”x9d səhnəciyimi Arif Quliyevlə bir aktyor uzun müddət oynadılar, dalbadal televizorda verdilər, amma adımı çəkmədilər. Elə bir neçə il əvvəli deyim: “Azərbaycan”x9d jurnalında “Tələ”x9d romanım gedirdi. dedilər bir az qısaltdım. 2 nömrədə 80 səhifə ilə getdi. Amma povest adı ilə dərc olundu. Halbuki, 35 səhifəlik bir nömrədə gedən yazıya roman qoymuşdular. Redaktor İntiqam Qasımzadəyə yarızarafat dedim, gərək elə povest əvəzinə hekayə yazaydınız. Ondan sonra iki hekayə vermişdim. M. Oruc üstünü yazmışdı ki, çap olunsun. Bir dəfə maraqlandım dedilər bizə verməyib. Elə orda M. Oruca zəng vurdum. onlara dedi, bəyənmişəm də, vermişəm də. Dedilər təzədən gətir. Apardım. Bir aydan sonra maraqlananda İntiqam Qasımzadə hekayənin birini göstərdi. Başdan bir neçə cümlə xətlənmişdi. Dedi, görürsən, Mübariz Cəfərli bəyənməyib. Dedim Mübariz, kimdi, burada nəsr şöbəsinin müdiri M. Orucdu, o da eşitdiniz ki, bəyənib. Acıq eləyib getdim.xa0
-Eyvaz müəllim, bəs gənc ikən sizi yazmağa qoymayan səbəblər hansılar idi? Bildiyimiz qədər, həyatda çox çətinliklərlə üz-üzə qalmışınız...
-Hər şey təzəcə qaydasına düşürdü ki, Qarabağda hadisələr başladı. Sonra Ağdam işğal olundu, xa0ailəmlə Bakıya köçdüm.
O hadisələrin ikinci ili öz maşınımda bizi bir narkoman maşını ilə vurdu
2 il qoltuq ağacları ilə süründüm. Ev, iş yox, Lökbatanda yarıhazır binada bir yer tutduq.
Məcbur olub, əvvəllər kömək etdiyim adamların vasitəçiliyi ilə alver etməyə başladım. xa0Beləcə, 10 xa0il xa0keçdi... Ədəbiyyatdan uzaq 10 il... Amma əvəzində xa0uşaqlara gün ağladım, ev-eşik düzəltdim, onları oxutdum, dükan tikdirdim. Yalnız oğlum onu işlədə biləndə, mən qayıdıb yenidən xa0yazı-pozuya keçdim...
O vaxtlar isə mən yalnız qeydlər edirdim. Amma həmişə oxuyur, yazmağa girəvə axtarırdım...
-Həyatınızdakı bu qədər sarsıntıdan sonra böyük ədəbiyyata necə qayıda bildiniz?
xa0-Bir gün “Göyərçin”x9d jurnalına getmişdim. Rafiq Yusifoğlu dedi sovetin dövründən daxılımda bir hekayən qalmışdı. Görünmədiyini görüb o hekayəni çap etdim ki, bəlkə, üzə çıxasan.xa0
Onun məsləhəti ilə iki hekayə götürüb xa0“Ulduz”x9d jurnalına gəldim.
Rəhmətlik Ələkbər müəllim məni yaxşı qarşıladı. Xətrimi əvvəllər də istəyirdi. Hekayə gətirdiyimi eşidib alqışladı. Bu zaman M. Oruc göründü. Dedi, qardaş, o illərdə sənin bəyəndiyim hekayən qaldı, mən jurnaldan getdim. Mən ona təzə hekayəmi verdim. Ard-arda çap etdilər. Üzvlüyə ərizə verdim. İkinci dəfə gələndə bir nəfər soruşdu ki, sən kimsən? Dünyasını dəyişdiyi üçün, adını çəkməyək. Amma xa0bu haqq-hesab iki dəfə xa0təkrarlandı.
Dedim, siz cavanlara beləmi qayğı göstərirsiniz? Bilirəm yaşlısınız verin yazdıqlarımı ürəyiniz qızanın birinə, bəyənməsə, bir də gəlməyim. Üçüncü dəfə mən içəri girəndə o xa0 rəhmətlik otaqdan çıxdı. Təəccübləndim. Bir azdan qayıtdı ki, səni qəbul etmişik, biletini al. Bu 2002-ci ildə oldu. Beləcə, dalbadal çap olunmağım məni təzədən ədəbiyyata qaytardı. Həmin vaxt “Ulduz”x9ddan Ələkbər müəllim, “Azərbaycan”x9d jurnalından da xa0V. Yusifli mənim ruhlanmağıma çox kömək etdi.xa0
Bir də yenidən ədəbi aləmə qayıtmağıma və fəaliyyətimə görə oğluma borcluyam. Yoxsa, 135 manat pensiya ilə mən təzədən ayaqda dura bilməzdim. Heç bu gün də davam edə bilmərəm. Bir xasiyyətim var, pislik gördükcə acığa düşür, daha da inadkar oluram.
-Gələcək yaradıcı planlarınız barəsində danışardınız..
- Almaniyada bu il alman dilində 3-cü kitabım çapa hazırlanır; uşaq hekayələrindən ibarət kitabdır. xa0Artıq bir neçə hekayəm tərcümə olunub. Almaniyadakı kitablarımın işıq üzü görməsində dostum Orhan Arasın böyük əməyi var, ona minnətdaram. Türkiyədə də bir böyüklər xa0üçün və xa0də uşaq hekayələrindən ibarət xa0iki kitabım Türkiyə türkcəsinə artıq tərcümə edilib. Öz çap növbəsini gözləyir. Bunlara görə də dostum, kitablarımın tərcüməçisi Ömərə və dostum, naşir Şərəf bəyə minnətdaram.
Elmin Nuri
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.





























































































